Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR prezidenti Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib - Foto  

Əbu-Dabidə dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı tədbirin işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib 

SOCAR prezidenti ilk öncə Çinin Milli Neft Şirkətinin (CNPC) prezidenti Vang Yilinlə görüşüb.

SOCAR prezidenti və CNPC rəhbəri əməkdaşlıq məsələlərini, faydalı tərəfdaşlığa dair gələcək perspektivləri müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib, əməkdaşlıq planlarından məmnunluq ifadə olunub.

SOCAR prezidenti Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi "Aramco"nun prezidenti Amin H.Nasserlə görüşündə mövcud layihələr diqqət mərkəzində olub. 

Şirkət rəhbərləri habelə gələcək planlar, ikitərəfli əməkdaşlıqla bağlı faydalı müzakirələr aparıblar. Qeyd edilib ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün bu cür görüşlərin keçirilməsi olduqca vacibdir. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev eləcə də Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne və BP prezidenti Bob Dudley arasında qarşılıqlı əməkdaşlığa dair işgüzar müzakirələr aparıb. Müzakirələrdə həmçinin gələcək planlar diqqət mərkəzində olub. 

Tərəflər əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə ediblər, görüşlərdə tərəfdaşlığın daha da genişləndirilməsi imkanların mövcudluğu vurğulanıb. Görüşdə gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.(report)

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay